Главная » 2009 » Июль » 21 » Qaxda dini ekstremizmi təbliğ edən bir qrup şəxs saxlanılıb
Qaxda dini ekstremizmi təbliğ edən bir qrup şəxs saxlanılıb
19:50:43
Qax. Vüqar Heydərov - APA. Azərbaycanın Qax
rayonunda qanunsuz dini təbliğatla məşğul olan bir qrup şəxs saxlanılıb.Bu
barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon
Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, polis əməkdaşlarının
həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qanunsuz
dini təbliğatla məşğul olan Mingeçevir şəhər sakinləri – Elnur İbrahimov, Mayis
Abdullayev və Şükür Babaşov şübhəli şəxs qismində saxlanılıblar. Araşdırmalar
zamanı onların dini ekstremizmə aid ədəbiyyatları qanunsuz yaymaları faktı
aşkar edilib.
Saxlanılan şəxslərdən nurçuluğu təbliğ edən 10 ədəd dini
ədəbiyyat və 4 ədəd disk götürülüb. Rayon məhkəməsinin qərarı ilə inzibati
qaydada cəzalandırılan dindarlar rayondan çıxarılıblar. Rayon ərazisində fəaliyyət
göstərən dini icmalara isə bu məsələlərdə diqqətli olmaları barədə xəbərdarlıq
edilib.