Главная » 2009 » Июль » 16 » Balakəndə sərhədçilərlə sərhəd pozucuları arasında atışma olub, bir əsgərimiz yaralanıb, silahlılardan biri məhv edilib
Balakəndə sərhədçilərlə sərhəd pozucuları arasında atışma olub, bir əsgərimiz yaralanıb, silahlılardan biri məhv edilib
14:59:49
Balakən. Hafiz Heydərov – APA. İyulun
15-dən 16-na keçən gecə Azərbaycanın Balakən rayonunda Rusiya, Azərbaycan və
Gürcüstan sərhədi sayılan Qubek dağlarında yerləşən “Üç nöqtə” adlanan ərazidə
Azərbaycan sərhədçiləri ilə dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər
arasında atışma olub.Balakən rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə,
sərhədi qanunsuz keçərək sərhədçilərin əmrinə tabe olmayan dəstə üzvləri onlara
atəş açaraq bir əsgəri yaralayıblar. Müqavimət göstərən silahlı dəstə
üzvlərindən biri öldürülüb, digər beş nəfər isə qaçmağa müvəffəq olub.
Hazırda öldürülən silahlının şəxsiyyətinin müəyyənləşdirilməsi
istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Zaqatala və Balakən rayn
Polis şöbələrinin əməkdaşları, Daxili Qoşunların əsgərləri isə qaçmağa müvəffəq
olmuş sərhəd pozucularının tutulması üçün geniş miqyaslı əməliyyatlara
başlayıblar.