Главная » 2009 » Июль » 11 » Zaqatala sakini həmkəndlisi tərəfindən bıçaqlanıb
Zaqatala sakini həmkəndlisi tərəfindən bıçaqlanıb
21:20:33
Zaqatala.
Vüqar Heydərov – APA. Zaqatala sakini bıçaqlanıb. Bu barədə APA-ya Daxili İşlər
Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə İyulun
11-də saat 01.55 radələrində Zaqatala rayonunun 2-ci Tala kəndi ərazisində baş
verib. Kənd sakini Fikrət Surxayev münaqişə zəminində həmkəndlisi Mehdi
Padarovu bıçaqlayıb. M. Padarov rayon xəstəxanasına yerləşdirilib və hazırda
onun vəziyyəti ağırdır. Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri
əməliyyat tədbirləri nəticəsində hadisəni törədən F.Surxayev həbs edilib. Faktla
bağlı araşdırma aparılır.