Главная » 2009 » Февраль » 2 » Zaqatala rayonunda 2 və 3 yaşlı körpə yanaraq ölüb
Zaqatala rayonunda 2 və 3 yaşlı körpə yanaraq ölüb
18:57:36
Zaqatala.
Vüqar Heydərov - APA. Zaqatalada baş verən yanğında iki azyaşlı uşaq ölüb.Zaqatala rayon Polis Şöbəsindən APA-nın
Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Əliabad
qəsəbəsində Musayev Rəcəb Nəzir oğluna məxsus evdə baş verib. Yanğın
nəticəsində R. Musayevin evində kirayə yaşayan Nemətova Ülviyyə Nemət qızının
övladları - 2006-cı il təvəllüdlü İsmayılova Xədicə Balaxan qızı və 2007-ci il
təvəllüdlü İsmayılova Həbibə Balaxan qızı aldıqları yanıq xəsarətlərindən
hadisə yerindəcə ölüblər. Hadisə baş verən zaman körpələr evdə tək olub.
Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlanılıb,
yanğının baş vermə səbəbləri araşdırılır.