Oğuz. Vüqar Heydərov-APA. Azərbaycanın Oğuz
rayonunda 6 uşaq atası intihar edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna
Oğuz rayon Prokurorluğundan məlumat verilib. 1960-cı il təvəllüdlü, 6 övlad
atası, rayonun Xaçmaz-Qışlaq kənd sakini Məhərrəmov Nurbala Nurqələm oğlu özünü
həyətlərindəki ağacdan asıb. N. Məhərrəmovun Xaçmaz-Qışlaq kənd orta məktəbində
təsərrüfat işləri müdiri işlədiyi bildirilib. İlkin araşdırma zamanı N.
Məhərəmovun psixi durumunun normal olduğu, heç bir xəstəlikdən əziyyət
çəkmədiyi müəyyənləşib. Mərhumun maddi durumunun çətin olması səbəbindən
intihar etdiyi ehtimal edilir.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma davam
etdirilir.