Главная » 2008 » Октябрь » 27 » Gürcüstanın təhsil naziri Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir
Gürcüstanın təhsil naziri Azərbaycanın şimal-qərb bölgəsində səfərdədir
19:34:20
Balakən. Vüqar Heydərov-APA. Gürcüstanın təhsil
naziri Georgi Nogiya Azərbaycanın şimal-qərb bölgəsinə səfərə gəlib.
Balakən rayon İcra Hakimiyyətindən APA-nın
yerli bürosuna verilən məlumata görə, G. Nogiya və onu müşayiət edən
şəxslər bu gün Balakən rayonunun İti Tala kəndindəki gürcü orta
məktəbində görüş keçiriblər. Nazir gətirdiyi dərslikləri və dərs
vəsaitlərini məktəbə təqdim edib. Daha sonra G. Nogiya Zaqatala
rayonunda ingiloyların yaşadığı Əliabad kəndinə gedib. O burada
ingiloyların oxuduğu orta məktəbə də dərsliklər təqdim edib. Nazirin bu
gün Qax rayonuna yola düşəcəyi, oradakı gürcü məktəblərində görüşlər
keçirəcəyi bildirilib.
Məlumata görə, G. Nogiya bölgədəki məktəblərə ümumilikdə 5600 ədəd dərslik və dərs vəsaiti gətirib.