Главная » 2008 » Октябрь » 23 » Zaqatalada Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon tapılıb
Zaqatalada Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon tapılıb
10:37:48
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatala rayonunda Böyük Britaniya kraliçası II Yelizavetaya aid medalyon aşkarlanıb. Bu barədə APA-ya
məlumat verən Zaqatala rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
Cahangir Soltanov medalyonun rayonun Maqov kəndində tapıldığını
bildirib. Hazırda Böyük Britaniya kraliçası olan 82 yaşlı II
Yelizavetaya aid olan bu medalyonun diametri 1,5 sm, çəkisi 0,6
qramdır. Medalyonun avers və reversində ingilis dilində "QUEEN
ELIZABETH THE SECOND" sözləri yazılıb və kraliçanın başında tac olan
şəkli həkk olunub. Bu tarixi əşyanı təhlil edən muzey direktoru
medalyonun müxtəlif metalların xəlitəsindən hazırlandığını, tarixi
xronologiya baxımından qədim olmadığını söyləyib. XX əsrə aid
tapıntının dövrümüzün məşhur dövlət xadimlərindən biri, məşhur
Vindzorlar sülaləsinin nümayəndəsi, 1952-ci ildən Böyük Britaniya
kraliçası olan II Yelizavetanın adı ilə bağlılığı şübhə doğurmur. C.
Soltanov əşyanın tarixi dəyərinin mühüm əhəmiyyət kəsb etdiyini
bildirib. Hazırda muzey əməkdaşları tərəfindən medalyonun elmi
annotasiyasının hazırlanması ilə bağlı müvafiq tədbirlər görülür.