Hacıbəy Zakatalski dövlət əleyhinə açıq çağırışlarda ittiham olunur - 20 Октября 2008 - APA-Zaqatala
Суббота, 07-Ноя-2009, 18:13:04

APA-Zaqatala

Приветствую Вас Гость

E-mail:
Пароль:
Поиск
Друзья сайта
ILK-10 Azeri Website Directory
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Меню сайта
Календарь новостей
«  Октябрь 2008  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Наш опрос
Sayt xoşunuza gəlirmi?
Всего ответов: 142
Мини-чат
500
Главная » 2008 » Октябрь » 20 » Hacıbəy Zakatalski dövlət əleyhinə açıq çağırışlarda ittiham olunur
Hacıbəy Zakatalski dövlət əleyhinə açıq çağırışlarda ittiham olunur
16:54:37
Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda həbs edilmiş iş adamı Hacıbəy İbrahimov (Zakatalski) və onun daha iki tərəfdaşı barəsində Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə APA-ya rayon hüquq mühafizə orqanlarından məlumat verilib. Məlumatda bildirilir ki, H. Zakatalski dindirilmək üçün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasına göndərilib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, tanınmış iş adamı H. Zakatalski MTN və Zaqatala Rayon Polis Şöbəsinin oktyabrın 13-də keçirdiyi birgə əməliyyat zamanı həbs olunub. Bir neçə gün sonra isə onun daha iki tərəfdaşı, sürücüsü Nəbi Sulxayev və sahibi olduğu “Ləzzət” istirahət guşəsinin əməkdaşı Hacı Katlayev həbs edilib. Hər üç şəxs rayonun milli azlıqlar yaşayan kəndlərində milli zəmində təxribat xarakterli kitab və vərəqələr yaymaqda təqsirləndirilir. Yayılmış vərəqələrdə dövlət əleyhinə çağırışlar və bölgədə Muxtar Respublika yaratmaq meylləri əks olunub.

H. Zakatalskinin evində axtarış aparılarkən oradan dövlətçilik əleyhinə xeyli sənəd və əl qumbarası aşkar edilərək götürülüb. Bundan başqa, təqsirləndirilən şəxsin iş yerində olan kompüterlər də əməliyyatçılar tərəfindən götürülüb. Faktla əlaqədar onlarla rayon sakininin istintaqa cəlb edilərək dindirildiyi də bildirilir.

Xatırladaq ki, Zaqatalada “Zakatalski” kimi tanınan H. İbrahimov tanınmış iş adamıdır. O, “Ləzzət” istirahət guşəsi və “Mağara” tütün fermer təsərrüfatının sahibidir.
Просмотров: 361 | Добавил: apa-zaqatala | Рейтинг: 2.5/2 |
Всего комментариев: 1
0  
1 Anjela   (20-Июн-2009 16:26:29)
Men Hacibey Zakatalskinin yerlisiyem, shexsen onu tanimasam da lakin yaxshi bir insan olduguna shubhe etmirem..Onun haqqinda yazilanlar shubhesiz yalandir..

Имя *:
Email:
Код *: