Zaqatala. Vüqar Heydərov -APA. Bu gün saat 18.15 radələrində Zaqatala rayonunun Suvəgil kəndində yanğın baş verib. APA-nın
Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın kənd sakini Pirdas
Muradovaya məxsus mal tövləsində baş verib. Hadisə yerinə Fövqəladə
Hallar Nazirliyinin Zaqatala Rayon Yanğından Mühafizə Xidmətinin
əməkdaşları gəlib və yanğın söndürülüb. Yanğın nəticəsində mal tövləsi
və orada olan 200 ədəd ot kipi yanıb.