Главная » 2008 » Сентябрь » 10 » Qax rayonunda dəhşətli yol qəzası baş verib, dörd nəfər ölüb
Qax rayonunda dəhşətli yol qəzası baş verib, dörd nəfər ölüb
10:38:22
Qax.
Hafiz Heydərov - APA. Qax rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır
yol-qəzası baş verib. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın
Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 06:00
radələrində Xaldan-Balakən magistral yolunun 95-ci kilometrliyində, Qax
rayonunun Qorağan kəndi ərazisində baş verib.Zaqatala istiqamətində yüksək sürətlə hərəkət edən “Mercedes”
markalı, 10 LN 220 dövlət nömrə nişanlı avtomobil yol kənarındakı dayanacağa
çırpılıb, dayanacağın üzərində olan beton piltə avtomobilin üstünə düşüb. Qəza
nəticəsində avtomobilin sürücüsü Yusif Aydın oğlu Yunusov, onun qardaşı Adil
Yunusov, maşında olan digər sərnişinlər Elşən Yusif oğlu Mehdiyev və onun oğlu
Sərxan Mehdiyev hadisə yerindəcə keçiniblər.
İlkin ehtimallara görə, qəzanın baş verməsinə sürücünün
sükan arxasında yuxulaması səbəb olub. Faktla bağlı Qax RPŞ tərəfindən
araşdırma aparılır. Qeyd edək ki, Elşən Mehdiyev və oğlu Sərxan Mehdiyev
Rusiya vətəndaşlarıdırlar.