Главная » 2008 » Август » 6 » Şəkidə baş verən avtomobil qəzası bir ailənin faciəsi ilə nəticələnib
Şəkidə baş verən avtomobil qəzası bir ailənin faciəsi ilə nəticələnib
09:02:50
Şəki. Hafiz Heydərov - APA. Azərbaycanın Şəki rayonunda iki avtomobilin toqquşması nəticəsində bir ailənin 3 üzvü həlak olub, 7 nəfər isə ağır yaralanıb. Şəki rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Xaldan-Balakən magistral yolunun 70-ci kilometrliyində, rayonun Təzə kənd ərazisində baş verib. Şəki şəhər sakini Rasim Rəsulovun idarə etdiyi “VAZ - 2109” markalı, 55 BE 570 dövlət nömrə nişanlı avtomobil Bakı şəhər sakini Elşən Cəfərova məxsus “Nissan-Maxima” markalı, 10 BC 004 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə “VAZ - 2109”-un sürücüsü R. Rəsulov, həyat yoldaşı, 1973-cü il təvəllüdlü Tünzalə Rəsulova və qızı, 1994-cü il təvəllüdlü Nərminə Rəsulova aldıqları xəsarətdən keçiniblər. 7 nəfər isə ağır vəziyyətdə Qax rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şəki RPŞ tərəfindən araşdırma aparılır.