Главная » 2008 » Август » 6 » Zaqatalada Beynəlxalq Skaut Düşərgəsi salınıb
Zaqatalada Beynəlxalq Skaut Düşərgəsi salınıb
08:59:08
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatala rayonunda Beynəlxalq Skaut Düşərgəsi salınıb. Gənclər və İdman Nazirliyinin şöbə müdiri Namiq Cəfərovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, düşərgə bir həftə davam edəcək. Düşərgəyə ümumilikdə 100 nəfər uşağın qatıldığını söyləyən nazirlik rəsmisi bunlardan 50-nin Norveçdən, digər 50 nəfərinin isə Azərbaycanın müxtəlif bölgələrindən olduğunu bildirib. Norveçli və azərbaycanlı skautlar bir həftə ərzində Zaqatalada yerləşən tarixi-mədəniyyət abidələri ilə yaxından tanış olacaq və müxtəlif təlimlərdə iştirak edəcəklər. Həmçinin düşərgə iştirakçıları üçün Qax və Şəki rayonlarına ekskursiyalar təşkil olunacaq.
Qeyd edək ki, Beynəlxalq Skaut Təşkilatının Azərbaycanda nümayəndəliyi 1997-ci ildə fəaliyyətə başlayıb. Təşkilat bu müddət ərzində Azərbaycanın müxtəlif regionlarında mütəmadi olaraq öz üzvləri üçün yay düşərgələri və digər tədbirlər təşkil edir.