Главная » 2008 » Август » 2 » Zaqatalada küllü miqdarda çətənə kolu yandırılaraq məhv edilib
Zaqatalada küllü miqdarda çətənə kolu yandırılaraq məhv edilib
16:53:33
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada
küllü miqdarda çətənə kolu məhv edilib. Zaqatala Rayon Polis Şöbəsinin rəis
müavini Kamandar Həsənovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata
görə, bu gün polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində
rayonun Uzunqazmalar kəndində yerləşən meşə zolağında 1.5 hektar ərazidə ümumi
çəkisi 3 ton olan yabanı halda bitən çətənə kolu aşkarlanıb. Aşkarlanan çətənə
kolları yandırılaraq məhv edilib. Rəis müavini analoji əməliyyatların davam
etdirildiyini bildirib.