Главная » 2008 » Июль » 31 » Şəkidə iki nəfərin ölümü ilə nəticələnən yol qazası baş verib
Şəkidə iki nəfərin ölümü ilə nəticələnən yol qazası baş verib
23:05:36
Şəki. Hafiz Heydərov - APA. Bu gün saat 18.00
radələrində Şəki rayonun Cumakənd kəndi ərazisində dəhşətli yol qəzası
baş verib. Şəki rayon Polis Şöbəsindən APA-nın
Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən rayon sakininin
idarə etdiyi “Mercedes” markalı, 08 BA 444 dövlət nömrə nişanlı
avtomobil “İJ” markalı motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin
sürücüsü, Cumakənd kənd sakini, 1959-cu il təvəllüdlü Nemət İsaqov və
sərnişini, 1965-ci il təvəllüdlü Mehman Həsənov aldığı xəsarətdən
hadisə yerində keçiniblər. Faktla bağlı Şəki RPŞ tərəfindən araşdırma
aparılır.