Главная » 2008 » Июль » 31 » Zaqatala rayonunda 22 yaşlı gənc özünü asıb
Zaqatala rayonunda 22 yaşlı gənc özünü asıb
17:01:25
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada 22 yaşlı gənc özünü asıb. Zaqatala Rayon Prokurorluğundan (RP) APA-nın
Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ölüm hadisəsi bu gün saat
13:00 radələrində rayonun Danaçı kəndində baş verib. Kənd sakini,
1986-cı il təvəllüdlü Nazim Əhməd oğlu Əliyev yaşadığın həyətdə fındıq
ağacından özünü asaraq intihar edib. İntiharın baş vermə səbəbi barədə
hələlik heç bir məlumat yoxdur. Faktla bağlı Zaqatala RP-da Cinayət
Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə
cinayət işi başlanılıb, araşdırma aparılır.