Главная » 2008 » Июль » 30 » Şəkidə uşaq dəcəlliyi birmərtəbəli evin yanması ilə nəticələnib
Şəkidə uşaq dəcəlliyi birmərtəbəli evin yanması ilə nəticələnib
11:33:28
Şəki.
Hafiz Heydərov - APA. Bu gün Şəkidə güclü yanğın olub. Fövqəladə Hallar
Nazirliyinin Şəki rayon Yanğın Mühafizə Xidmətindən APA-nın Şəki-Zaqatala
bürosuna verilən məlumata görə, hadisə rayonun Orta Zəyzid kəndində qeydə
alınıb. Kənd sakini Məmməd Əhməd oğlu Alxasova məxsus bir mərtəbəli, 3 otaqlı
evdə yanğın baş verib. Nəticədə mənzil 104 kv.m sahədə yanıb. İlkin
araşdırmalara görə, yanğının baş verməsinə 10 yaşlı uşağın evin yaxınlığında
olan ot tayasının yanında ocaq qalaması səbəb olub. Faktla bağlı araşdırmalar
davam etdirilir.