Главная » 2008 » Июль » 25 » Zaqatalada xidmət edən əsgər Alazan çayında burulğana düşüb
Zaqatalada xidmət edən əsgər Alazan çayında burulğana düşüb
18:17:43
Zaqatala.
Hafiz Heydərov - APA. Azərbaycan Ordusunun əsgəri çayda çimərkən boğulub.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala rayonunda yerləşən
“N” saylı hərbi hissədə xidmət edən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü
İslam Məhəmməd oğlu Mustafayev Alazan çayında çimərkən burulğana düşüb. İ.
Mustafayevin çayda boğulan digər əsgər yoldaşını xilas etmək istəyərkən
burulğana düşdüyü bildirilir. Aparılan axtarış tədbirləri nəticəsində əsgərin
meyiti sudan çıxarılıb və ailəsinə təhvil verilib.
Qeyd edək ki, İ. Mustafayev 2008-ci ildə Bakı şəhər Hərbi Komissarlığından
hərbi xidmətə çağırılıb.