Zaqatala tarix-diyarşünaslıq muzeyində Azərbaycan Milli Mətbuatının yaranmasının 133-cü ildönümü münasibəti ilə sərgi açılıb - FOTOSESSİYA - 17 Июля 2008 - APA-Zaqatala
Четверг, 26-Ноя-2009, 19:37:18

APA-Zaqatala

Приветствую Вас Гость

E-mail:
Пароль:
Поиск
Друзья сайта
ILK-10 Azeri Website Directory
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Меню сайта
Календарь новостей
«  Июль 2008  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Наш опрос
Azərbaycan işğal olunmuş 20% torpağını necə azad etməlidir?
Всего ответов: 145
Мини-чат
500
Главная » 2008 » Июль » 17 » Zaqatala tarix-diyarşünaslıq muzeyində Azərbaycan Milli Mətbuatının yaranmasının 133-cü ildönümü münasibəti ilə sərgi açılıb - FOTOSESSİYA
Zaqatala tarix-diyarşünaslıq muzeyində Azərbaycan Milli Mətbuatının yaranmasının 133-cü ildönümü münasibəti ilə sərgi açılıb - FOTOSESSİYA
17:40:33
Zaqatala. Hafiz Heydərov-APA. 22-iyul Şərqin görkəmli şəxsiyyətlərindən biri olan Həsən bəy Zərdabi (1842-1907) tərəfindən Azərbaycanda milli mətbuatın əsasının qoyulmasından 133 il keçir.  APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu tarixi gün münasibəti ilə Zaqatala tarix-diyarşünaslıq muzeyində “Azərbaycan Milli Mətbuatının yaranmasından 133 il keçir” adı altında sərgi təşkil edilib. Muzeyin direktoru Cahangir Soltanovun sözlərinə görə, sərgi iki hissədən ibarətdir. Birinci hissə “Zaqatala tarix-diyarşünaslıq muzeyi kütləvi informasiya vasitələri səhifələrində” adlanır. Adıçəkilən sərgidə muzey və buradakı eksponatlar barədə müxtəlif dövrlərdə qəzet, jurnal və internet səhifələrində Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində çap edilmiş materiallar nümayiş etdirilir. Sərginin ikinci hissəsi “Mətbuat bütün dövrlərdə ictimai-siyasi həyatda mühüm rol oynayır” başlığı altında təqdim edilir. Milli mətbuat gününə həsr edilmiş sərginin bu bölməsində 20-ci əsrin əvvəllərində müxtəlif dillərdə nəşr olunmuş və ayrı-ayrı məzmunlara malik qəzet nüsxələri nümayiş etdirilir ki, bu qəzet nümunələri içərisində 1923-cü ildə Azərbaycanın kənd bölgələri arasında əsgi əlifba ilə nəşr olunan “Zaqatala kəndçisi” qəzetinin foto nüsxələri də vardır. Qeyd edək ki, Zaqatala muzeyində həmçinin, ABŞ-ın müstəqilliyinin 232-ci ildönümü münasibəti ilə dünya tütün sənayesinin nəhəngi “Philip Morris” kompaniyasının sovet dövründə Zaqatala bölgəsindəki fəaliyyəti ilə bağlı sərgi də nümayiş etdirilir. Hazırda isə muzeyin numizmatika fondunda olan eksponatların sərgilənərək tamaşaçılara nümayiş etdirilməsi ilə bağlı texniki məsələlər həll olunur.

 






Просмотров: 273 | Добавил: apa-zaqatala | Рейтинг: 5.0/2 |
Всего комментариев: 1
0  
1 Bakili   (18-Июл-2008 14:58:52)
Bu muzeyin direktoruna halal olsun! Halal olsun ki bu cur temiz, seliqeli bir muzey yaradib, Bu muzeyle baqli sekillere baxanda insanda cox maraq oyanir, muzeyin ozunu canli gorsek yeqin ki lap maraqli olar. Muzeyin direktoru cox ishguzar adama benzeyir,allah ona uzun omur, can saqliqi versin ki, bu muzeyi hemise bu tempde saxlaya bilsin! AMIN!

Имя *:
Email:
Код *: