Главная » 2008 » Июль » 15 » Zaqatalanın “Aygün” televiziyası fəaliyyətini müvəqqəti dayandırıb
Zaqatalanın “Aygün” televiziyası fəaliyyətini müvəqqəti dayandırıb
16:55:20
Zaqatala.
Hafiz Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda fəaliyyət göstərən “Aygün”
televiziyası fəaliyyətini dayandırıb. APA-nın Şəki-Zaqatala bürosunun
məlumatına görə, artıq üç gündür ki, yerli televiziya fəaliyyət göstərmir. Bəzi
mənbələrdən APA-nın yerli bürosuna daxil olan məlumata görə, televiziyanın
fəaliyyətinin dayanmasına səbəb şirkətin rayon Paylayıcı Elektrik Şəbəkəsinə
(PEŞ) küllü miqdarda enerji borcunun olmasıdır. Bunu Zaqatala PEŞ-in rəisi
Yaqub Məmmədov da təsdiqləyib və şirkətə verilən elektrik enerjisinin
kəsildiyini bildirib. Lakin “Aygün” TV-nin icraçı direktoru Tahirə Ramazanova
APA-nın yerli bürosuna açıqlamasında televiziyanın efirə buraxılmasında
yaranmış olan məhdudiyyətin texniki problemlərlə bağlı olduğunu bildirib. O,
bir neçə günə yaranmış texniki problemlərin aradan qaldırılacağını, efirin
bərpa ediləcəyini söyləyib.