Главная » 2008 » Июнь » 10 » Zaqatala Dövlət Təbiəti Qoruğu Gürcüstanın Loqadexi qoruğu ilə birləşdirilir
Zaqatala Dövlət Təbiəti Qoruğu Gürcüstanın Loqadexi qoruğu ilə birləşdirilir
13:32:52
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatala Dövlət Təbiəti Qoruğu (DTQ) Gürcüstanın Loqadexi qoruğu ilə birləşdirilir. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala DTQ rəisi Hacı Çaxıyev məlumat verib. H. Çaxıyevin bildirdiyinə görə, artıq bu istiqamətdə bir çox iş görülüb və hazırda qoruğun yeni xəritəsi hazırlanır. Yeni tərtib olunmuş xəritədə Zaqatala qoruğunun ərazisi 7500 hektar böyüyərək 31 000 hektara çatıb. Zaqatala qoruğunun ərazisinə əlavə olunacaq 7500 hektar torpaq sahəsinin Balakən meşə təsərrüfatından ayrılacağını diqqətə çatdıran H. Çaxıyev nəticədə Zaqatala DTQ Gürcüstanın Loqadexi qoruğu ilə birləşərək qoruq halına gətiriləcəyini vurğulayıb. Qoruğun mühafizəsinə isə hər iki dövlət nəzarət edəcək. Qeyd edək ki, Zaqatala DTQ 1929-cu ildə yaradılıb, gələn il qoruğun 80 illik yubileyi qeyd olunacaq.