Zaqatala qalasının bolşevik işğalından azad edilməsindən 88 il ötür - 9 Июня 2008 - APA-Zaqatala
Четверг, 26-Ноя-2009, 19:36:12

APA-Zaqatala

Приветствую Вас Гость

E-mail:
Пароль:
Поиск
Друзья сайта
ILK-10 Azeri Website Directory
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Меню сайта
Календарь новостей
«  Июнь 2008  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Наш опрос
Sayt xoşunuza gəlirmi?
Всего ответов: 146
Мини-чат
500
Главная » 2008 » Июнь » 9 » Zaqatala qalasının bolşevik işğalından azad edilməsindən 88 il ötür
Zaqatala qalasının bolşevik işğalından azad edilməsindən 88 il ötür
12:06:55
Zaqatala. Hafiz Heydərov-APA. Bu gün Azərbaycanın sovetləşməsinə qarşı ölkənin şimal-qərb bölgəsində etiraz səsini ucaltmış Zaqatala üsyançılarının şəhər qalasını ələ keçirməsindən və qalada məskunlaşmış bolşeviklərin Hərbi İnqilab Komitəsinin üzvlərini, sovet məmurlarını həbs etməsindən 88 il ötür. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1920-ci ilin iyununda baş vermiş Zaqatala üsyanı Azərbaycanın sovetləşməsinə qarşı xalqın ən möhtəşəm etirazı idi. Zaqatala üsyanı həmin dövrdə sovet quruculuğuna qarşı baş qaldırmış Gəncə və Qarabağ üsyanlarından fərqlənirdi. Belə ki, Zaqatala üsyanına birinci olaraq yerli əhalinin silahlı dəstələri başlayıb və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun regiondakı hissələri sonradan bu üsyana qoşulublar. Bölgənin məşhur din xadimi Talalı Şeyx Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Qax rayonu ərazisində, Kürmük çayı vadisindəki döyüşdə 11-ci Qızıl Ordu hissələrini darmadağın edərək qısa müddət ərzində Zaqatala quberniyasının bütün ərazisini bolşevik işğalçılarından azad edib. Lakin sonradan əlavə kömək alan 11-ci Qızıl Ordu hissələri üsyanı yatıraraq iyunun 18-də Zaqatalanı yenidən işğal edib. Məğlub olmuş üsyançılara isə divan tutulub. Qeyd edək ki, bu günə qədər Azərbaycanın azadlığı uğrunda vuruşan Zaqatala üsyançılarının xatirəsini əbədiləşdirmək mümkün olmayıb.





Просмотров: 285 | Добавил: apa-zaqatala | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Имя *:
Email:
Код *: