Главная » 2008 » Июнь » 5 » 68 yaşlı Zaqatala sakinini sel aparıb
68 yaşlı Zaqatala sakinini sel aparıb
08:52:57
Zaqatala. Hafiz Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda 68 yaşlı rayon sakinini sel aparıb. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Dombabinə kəndi ərazisində baş verib. Kənd sakini, 1940-cı il təvəllüdlü Soltan Məmmədvəli oğlu Şabanov kənd ərazisindən keçən Qara çaydan keçmək istəyərkən onu sel aparıb. Kənd sakinləri S. Şabanovu xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Hazırda RPŞ-nin əməkdaşları onun cəsədinin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirir. Qeyd edək ki, adıçəkilən çay Dombabinə kəndi ərazisindən keçməklə Gürcüstanla sərhəd olan Alazan çayına tökülür. Son günlər rayonda havaların yağışlı keçməsi çaylarda suların artmasına səbəb olub.