Главная » 2008 » Июнь » 2 » Maşın oğurluğunda təqsirləndirilən Şəki sakini tutulub
Maşın oğurluğunda təqsirləndirilən Şəki sakini tutulub
21:40:00
Şəki. Hafiz Heydərov - APA. Şəki Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində maşın oğurluğunda təqsirləndirilən şəxs həbs edilib. RPŞ-dən APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, bir neçə gün əvvəl Şəki şəhər sakini Rəhman Məmmədova məxsus “VAZ - 21013” markalı maşının naməlum şəxs tərəfindən qaçırılması barədə polis bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakini Qalib Əsədov yaxalanıb. Q. Əsədov istintaqa verdiyi ifadəsində R. Məmmədova məxsus maşını qaçırmadığını, sadəcə, öz avtomobili ilə səhv saldığını bildirib. Faktla bağlı Şəki RPŞ tərəfindən araşdırma aparılır.