Главная » 2008 » Май » 25 » Qaxda baş verən ağır yol qəzasında iki nəfər ölüb, iki nəfər yaralanıb
Qaxda baş verən ağır yol qəzasında iki nəfər ölüb, iki nəfər yaralanıb
14:36:04
Qax. Hafiz Heydərov-APA. Azərbaycanın Qax rayonu ərazisində yük maşını ilə minik maşınının toqquşması nəticəsində iki nəfər həlak olub, iki nəfər isə ağır yaralanıb. Qax rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə səhər saat 07:00 radələrində, Xaldan-Balakən magistral yolunun 81-ci kilometrliyində, Qax rayonunun Baydarlı kəndi ərazisində baş verib. Zaqatala-Şəki istiqamətində hərəkət edən, Zaqatala rayon sakini Vüqar Arif oğlu Əliyevə məxsus “VAZ-2107” markalı, “62 BC 252” dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən, Goranboy rayon sakini Mirəli Əziz oğlu Mürsəlovun idarə etdiyi “Qazel” markalı, “85 VC 180” dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı avtomobildə olan sərnişinlər - Zaqatala rayon Yuxarı Tala kənd sakinləri 1984-cü il təvəllüdlü Rauf Aydın oğlu Əliyev və 1986-cı il təvəllüdlü Mahir Maarif oğlu Aslanov hadisə yerindəcə ölüblər. Hər iki maşının sürücüləri isə ağır bədən xəsarəti ilə Şəki mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır. Faktla bağlı Qax RPŞ tərəfindən araşdırma aparılır.