Zaqatalada dünya tütün sənayesinin nəhənglərindən olan “Philip Morris”in sovet dövründəki fəaliyyəti ilə bağlı faktlar aşkarlanıb- FOTO - 24 Мая 2008 - APA-Zaqatala
Главная » 2008 » Май » 24 » Zaqatalada dünya tütün sənayesinin nəhənglərindən olan “Philip Morris”in sovet dövründəki fəaliyyəti ilə bağlı faktlar aşkarlanıb- FOTO
Zaqatalada dünya tütün sənayesinin nəhənglərindən olan “Philip Morris”in sovet dövründəki fəaliyyəti ilə bağlı faktlar aşkarlanıb- FOTO
14:44:43
Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda dünya tütün sənayesinin nəhənglərindən biri olan Amerikanın məşhur “Philip Morris” kompaniyasının fəaliyyəti ilə bağlı faktlar aşkarlanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov məlumat verib. C. Soltanovun dediyinə görə, məsələ ilə əlaqədar artıq muzeyin əməkdaşları tərəfindən ötən əsrin 70-80-ci illərində Zaqatala bölgəsində fəaliyyət göstərmiş “Philip Morris” kompaniyası ilə bağlı maddi əşyaların və foto sənədlərin toplanmasına başlanılıb. İndiyə qədər muzeyin əməkdaşları tərəfindən “Marlboro” markası ilə dünyada tanınmış tütün məmulatları istehsal edən kompaniyanın regionda fəaliyyət göstərən əməkdaşlarına məxsus mexaniki üsulla qurulan stolüstü saat, günəşdən qorunmaq üçün istifadə olunan eynəklər və onlara aid fotoşəkillər tapılaraq muzeyə təhvil verilib. Muzeyin direktoru “Philip Morris” kompaniyası ilə bağlı muzeyə gətirilmiş əşyaların tarixi dəyər kəsb etməsini və muzey əhəmiyyətli olmasını vurğulayıb: ““Philip Morris” dünya tütün sənayesinin nəhənglərindəndir. Bu fakt həm də ona görə maraqlıdır ki, qapalı sovet cəmiyyətində Zaqatala rayonu yeganə yerlərdən biri olub ki, burada kapitalizm ailəsinin simvoluna çevrilmiş “Philip Morris” kompaniyası sosialist təsərrüfat sistemi ilə birgə fəaliyyət göstərib. Həm də bu kompaniyanın Zaqataladakı fəaliyyəti ilə bağlı aşkar edilmiş əşyaların içərisində elələri var ki, onları istehsal edən dövlətlər dünya sosializm sisteminin dağılması ilə əlaqədar olaraq hazırda Avropanın siyasi xəritəsindən siliniblər. Digər tərəfdən isə bu kompaniyanın mütəxəssisləri tərəfindən “Virciliya” növlü tütünün becərilməsi üçün məhz Zaqatala rayonunun seçilməsi təsadüfü deyil. Bu amerikalı mütəxəssislər tərəfindən, hələ 19-cu əsrdə regionun torpaqlarının həddən artıq məhsuldar olduğunu yazan alman əsilli mütəxəssis A. İfon. Plottonun fikirlərinin bir daha təsdiqi idi”. Muzey direktoru deyib ki, onlar bu istiqamətdəki fəaliyyətlərini davam etdirirlər.