Главная » 2008 » Май » 21 » Dövlət Sərhəd Xidməti (DSX) Qax rayonunda əməliyyat keçirib
Dövlət Sərhəd Xidməti (DSX) Qax rayonunda əməliyyat keçirib
08:22:34
Qax. Hafiz Heydərov-APA. Azərbaycanın Qax rayonunda Dövlət Sərhəd Xidməti (DSX) rayon Polis Şöbəsi (RPŞ) ilə birgə əməliyyat keçirib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax RPŞ-nin rəis müavini Məmməd Malıyev məlumat verib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Gürcüstanla sərhəd olan ərazisində, Alazan çayı vadisində Qaxbaş kənd sakini Mahmud Usğarov şübhəli şəxs qismində saxlanılıb. M. Usğarovun üzərinə baxış keçirilərkən ondan ümumi çəkisi 100 qram olan marixuana aşkarlanaraq götürülüb. M. Usğarov saxlanılıb, barəsində cinayət işi başlanılıb.