Главная » 2008 » Май » 13 » Zaqatalada 23 yaşlı gənc qız üstündə bıçaqlanıb
Zaqatalada 23 yaşlı gənc qız üstündə bıçaqlanıb
20:49:51
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatala rayonunda 23 yaşlı gənc qız üstündə bıçaqlanıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, cinayət hadisəsi rayonun Əliabad kəndində baş verib. Mosul kənd sakini Harud Bulacov qız üstündə baş verən mübahisə zamanı Əliabad kənd sakini, 1985-ci il təvəllüdlü Turac Ramazanovu bıçaqlayıb. Baş nahiyəsindən və boğazından bir neçə bıçaq zərbəsi alan T. Ramazanov ağır vəziyyətdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Zərərçəkən əməliyyat olunub və hazırda onun vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.