Almaniyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları da nümayiş etdiriləcək - 12 Мая 2008 - APA-Zaqatala
Главная » 2008 » Май » 12 » Almaniyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları da nümayiş etdiriləcək
Almaniyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları da nümayiş etdiriləcək
19:56:25
Zaqatala. Hafiz Heydərov-APA. Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları Almaniyada nümayiş etdiriləcək. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna muzeyin direktoru Cahangir Soltanov məlumat verib. C. Soltanovun sözlərinə görə, muzeyin qədim əlyazmalar fondunda saxlanılan ərəb dilində yazılmış 8 kitab Almaniyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində bu ölkənin Berlin, Drezden, Münhen və Frankfurt şəhərlərində nümayiş etdirilmək üçün hazırlanır. Zaqatala muzeyinin qədim əlyazmalar fondunda saxlanılan bu kitabların Almaniyada nümayiş etdirilməsi üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Berlin Etnoqrafiya Muzeyinin islam dünyası şöbəsinin müdiri xanım İnqrid Şindlbeq Zaqatalaya gəlib. C. Soltanov həmçinin bildirib ki, hazırda İ. Şindlbeq tərəfindən seçilmiş kitabların Almaniyaya göndərilməsi üçün sənədləşmə və texniki işlər aparılır.