Главная » 2008 » Май » 10 » Fövqəladə Hallar Nazirliyinin (FHN) vəsaiti hesabına Zaqatalada yeni körpü istifadəyə verilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) vəsaiti hesabına Zaqatalada yeni körpü istifadəyə verilib
16:10:40
Zaqatala. Hafiz Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda yeni körpü istifadəyə verilib. Zaqatala rayon İcra Hakimiyyətindən (RİH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) vəsaiti hesabına salınmış körpü rayonun Miçqar və Kebeloba kəndləri arasında əlaqəni bərpa edib. Körpünün açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və yerli sakinlər iştirak ediblər. Qeyd edək ki, sözügedən kəndlər arasında əvvəllər nəqliyyatın hərəkəti tam məhdud, sakinlərin gediş-gəlişi isə çətin olub. Yeni salınmış körpü əhalinin üzləşdiyi problemi tam həll edib.