ABŞ-ın Azərbaycandakı səfiri Zaqatalada İslam dininin radikal qanadlarından sayılan nəqşibəndi təriqətinə mənsub keçmiş imamla görüşüb - 5 Мая 2008 - APA-Zaqatala
Главная » 2008 » Май » 5 » ABŞ-ın Azərbaycandakı səfiri Zaqatalada İslam dininin radikal qanadlarından sayılan nəqşibəndi təriqətinə mənsub keçmiş imamla görüşüb
ABŞ-ın Azərbaycandakı səfiri Zaqatalada İslam dininin radikal qanadlarından sayılan nəqşibəndi təriqətinə mənsub keçmiş imamla görüşüb
21:03:15
Zaqatala. Hafiz Heydərov - APA. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Zaqatala rayonunun Muxax kəndinə gedərək kənd sakini, kəndin keçmiş imamı Seyfəddin Əliyevlə görüşüb. Bölgənin qazısı, Zaqatala İslam Universitetinin rektoru İbrahim Əfəndinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, S. Əliyev İslam dininin radikal qanadlarından sayılan nəqşibəndi təriqətinə mənsubdur. Onun imamlıqdan uzaqlaşdırılması da bu təriqətə mənsub olması ilə əlaqədardır. Məlumata görə, səfir S. Əliyevlə onun müraciəti əsasında görüşüb. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Mehdi Hüseynquliyev APA-nın yerli bürosuna A. Dersinin S. Əliyevlə görüşdüyünü təsdiqləsə də, ətraflı məlumat verməyib. O, görüşün tanışlıq xarakteri daşıdığını, səfirin S. Əliyevdən sözügedən təriqətlə bağlı məlumat aldığını söyləyib.